featured-image-84336

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib.

Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu “Piast”la qarşılaşıb.

 

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçirilən matç “Araz-Naxçıvan”ın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, təmsilçimiz Çempionlar Liqasında çıxışını erkən başa vurub.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın “Uypeşt” komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi “Buba Mara”ya uduzub – 3:5.

Bənzər xəbərlər