"Neftçi" liderliyə yüksələ biləcək?
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün iki görüş keçiriləcək.
“Neftçi” səfərdə “Şamaxı”nın qonağı olacaq. “Ağ-qaralar” bu matçda qalib gəlsə, turnir cədvəlində 1-ci pilləyə yüksələcək.
“Kəpəz” isə Gəncədə “İmişli” ilə qarşılaşacaq. “Kəpəz” 14 xalla 6-cı, İmişli” isə 10 xalla 8-ci yeri tutur.
Azərbaycan Premyer Liqası
10-cu tur
1 noyabr (bazar)
15:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” – “Şəfa”
30 oktyabr (cümə)
“Turan Tovuz” – “Sabah” – 3:2
31 oktyabr (şənbə)
“Qəbələ” – “Qarabağ” – 0:0
“Araz-Naxçıvan” – “Zirə” – 2:2







