featured-image-84348

Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz” evdə “İmişli”yə qalib gəlib.

Msport.az xəbər verir ki, Gəncə stadionunda keçirilən oyun ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub. “Kəpəz” 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. “İmişli” isə 10 xalla səkkizincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” “Sabah”ı, “Neftçi” isə “Şamaxı”nı 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Bənzər xəbərlər