100 ilin antirekordu
“Nottingem Forest”in baş məşqçisi Angelos Postekoqlu 100 ilin antirekorduna imza atıb.
Msport.az xəbər verir ki, bu, komandanın UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Midtyullann”a uduzması (2:3) ilə reallaşıb.
Premyer Liqa təmsilçisi mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada dördündə məğlub olub, ikisində heç-heçə edib. O, 100 il ərzində bu kollektivdə ilk altı görüşündə qalib gələ bilməyən yeganə baş məşqçidir.
Sonuncu belə hadisə 1925-ci ilə yaşanıb. “Nottingem Forest” Con Beynsin rəhbərliyi altında ilk 7 qarşılaşmada qələbə qazana bilməyib. Lakin bundan sonra o, daha dörd il klubda qalıb.