featured-image-84293

Azərbaycan Premyer Liqasının 10-cu turunda autsayder “Araz-Naxçıvan”ın qonağı olacaq “Zirə”nin oyuna neçə itki ilə çıxacağı bəllidir.

Msport.az xəbər verir ki, Maykon Kleyton, Enrike Kustadio, eləcə də Türkiyədə əməliyyat edilən Ktataunun durumu öncədən bəllidir.

Bayere Lue, İsmayıl İbrahimli, Georgi Papunaşvili, həmçinin burnu sınan Davit Volkov da hazırda zədəlidir. Cəzalı oyunçu isə yoxdur.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” matçı oktyabrın 31-də keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 15:00-da səsləndiriləcək.

Bənzər xəbərlər