Murad oynasa da, komandası uduzdu
Azərbaycan millisinin üzvü Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda Danimarka təmsilçisi “Midtyulland”la qarşılaşıb.
Msport.az xəbər verir ki, matç Danimarka təmsilçisinin 2:0.hesablı qələbəsi ilə başa çatıb.
Murad oyunun 55-ci dəqiqəsində – komandası 0:1 hesabı ilə uduzarkən oyuna daxil olub.
Qeyd edək ki, hazırda “Pafos” 1 xalla 35-ci pillədə qərarlaşıb.







