Olisenin “Bavariya”dakı gələcəyini sual altındadır
Harri Keynlə müqavilənin müddətini uzadan “Bavariya” digər ulduzu Maykl Olise ilə də yeni anlaşma imzalamaq üçün danışıqlara başlayıb.
Msport.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi 24 yaşlı fransalı futbolçunu uzun müddət komandada saxlamaq istəsə də, danışıqların gedişində bir sıra çətinliklərlə üzləşə bilər.
Olisenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Futbolçu “Bavariya” ilə münasibətlərini gərginləşdirmək və klubdan ayrılmaq tələbi irəli sürmək niyyətində deyil. Bununla belə, “Real”ın marağına biganə qalmayan cinah hücumçusu gələcəkdə başqa kluba keçmək imkanını qorumaq istəyir. Bu səbəbdən yeni müqaviləyə sərbəstqalma maddəsinin daxil edilməsini tələb edə bilər.
Fransa nəşrinin fikrincə, 2030-cu ilə qədər müqaviləsi olan Musialanın üzləşdiyi vəziyyət Oliseni də öz gələcəyi ilə bağlı daha ehtiyatlı davranmağa vadar edir.
Qeyd edək ki, 2024-cü ildə “Kristal Palas”dan “Bavariya”ya transfer olunan Olisenin hazırkı bazar dəyəri “Transfermarkt” portalı tərəfindən 180 milyon avro qiymətləndirilir.







