14 yaşlı uşağın anası: "Ronaldo oğlumunun əlini göyərdib"
“Mançester Yunayted”in “Everton”la oyununda (0:1) Kriştiano Ronaldo tərəfindən telefonu yerə çırpılan 14 yaşlı azarkeş Ceyk Hardinqin anası Sara Keli xoşagəlməz hadisədən danışıb. Msport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ana oğlununu çox məyus olduğunu bildirib:
“Mənim oğlum tribunanın altına tərəf gedən “Mançester Yunayted” futbolçularını videoya çəkirdi. Sonra o telefonu aşağı əydi ki, Ronaldonun ayağındakı zədəni, qanı çəkə bilsin. O, sadcə baxırdı ki, nə baş verib, bir kəlimə də söz deməyib. Ronaldo qəzəbli və məyus şəkildə gedərkən telefonu oğlumun əlindən yerə vurub. Oğlumun əli göyərib. Onun əlinə baxanda bilinir ki, Ronaldo tərəfindən təmas olub. İnana bilmirəm ki, bu necə baş verib.
Ceyk çox məyus olub. O daha stadiona getmək də istəmir. Oğlum autizm sindromludur. “Everton” – “Mançester Yunayted” matçı stadiondan izədiyi ilk oyun idi. Bu hadisəyə qədər bizim əhval-ruhiyyəmiz əla idi. Sonradan hər şey korlandı.
Ronaldo kumirdir. Bəli, o, “Everton”dan deyil, amma vacib oyunçudur. Oğlum həmişə deyirdi ki, “Ronaldo orda olacaq”. Ronaldo onun kumiridir. Əgər Ceyk artıq hərəkət etsəydi, başa düşərdim. Amma o sadəcə yaranı çəkmək istəyib. Autizmli uşaq futbolçu tərəfindən hücuma məruz qalıb. Mənim ana kimi hadisəyə baxışım belədir”.
Qeyd edək ki, Ronaldo etdiyi hərəkətə görə, sosial şəbəkədə üzr istəyib.