featured-image-85307

“Yuventus” qış transfer pəncərəsində “Kristal Palas”ın hücumçusu Jan-Filipp Matetanı heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçunun London klubu ilə müqaviləsinin 2027-ci ilin iyununda başa çatması Turin təmsilçisinə sərfəli şərtlərlə transfer həyata keçirmək imkanı yarada bilər.

Mateta fiziki göstəricilərinə görə “Yuventus”un baş məşqçisi Luçano Spallettinin hücum xəttində görmək istədiyi futbolçu profilinə uyğundur. Bununla belə, fransalı hücumçunun fiziki hazırlıq vəziyyəti İtaliya klubunda müəyyən narahatlıq doğurur.

Mateta cari mövsümdə İngiltərə Premyer Liqasında dörd qarşılaşmada iştirak edib və meydanda ümumilikdə 167 dəqiqə keçirib.

Bazar dəyəri təxminən 30 milyon avro olan futbolçunun yanvarda daha aşağı məbləğə transfer edilməsi mümkündür. Turin klubu alternativ variant kimi mövsümün sonunda hücumçunu azad agent statusunda heyətinə qatmağı da nəzərdən keçirir.

Bənzər xəbərlər