featured-image-85299

Xosep Qvardiola gələcəkdə milli komanda çalışdırmaq istədiyini bildirib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu il İtaliya millisindən aldığı təklifi qəbul etməyib.

Qvardiola İtaliya Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar apardığını təsdiqləyib. O, milli komandaya rəhbərlik təklifini böyük şərəf hesab etsə də, həmin vaxt futbola fasilə vermək istədiyini deyib.

54 yaşlı mütəxəssis futboldan nə qədər uzaq qalacağını bilmədiyini, lakin gələcəkdə məşqçiliyə qayıtmaq istədiyini vurğulayıb: “Futboldan nə qədər uzaq qalacağımı bilmirəm. Hazırda özümü çox yaxşı hiss edirəm. Amma bir gün futbola qayıtsam, bunun doğru vaxt olduğunu daxilən hiss etdiyim zaman olacaq”.

Qeyd edək ki, Qvardiola ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb. O, 10 il ərzində İngiltərə təmsilçisi ilə 6 dəfə Premyer Liqanın, 3 dəfə İngiltərə Kubokunun, 5 dəfə Liqa Kubokunun və 1 dəfə Çempionlar Liqasının qalibi olub.

Bənzər xəbərlər