featured-image-7516

Stiv Mandanda 15 ildən sonra “Olimpik Marsel”dən ayrılır. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar.

37 yaşlı qapıçı karyerasını “Renn”də davam etdirəcək.

Mandanda 2007-ci ildən Marsel klubununun formasını geyinirdi. O, yalnız bir mövsüm icarə əsasında “Kristal Pelas”da çıxış edib.

Onun “Olimpik Marsel”lə müqaviləsi 2024-cü ilə qədər nəzərtə tutulmuşdu. Mandanda Marsel təmsilçisində 610 oyun keçirib. O, beş dəfə Liqa-1-in ən yaxşı qapıçısı seçilib.

Bənzər xəbərlər