featured-image-1731

“Real Madrid”in hücumçusu Kərim Benzema “Osasuna” ilə oyunda (3:1) iki dəfə penalti zərbəsindən fərqlənə bilməyib.

Msport.az xəbər verir ki, 34 yaşlı forvard 16 ildən sonra La Liqada bir matçda iki penaltini boşa verən ikinci futbolçu olub. 2006-cı ilin aprelində analoji hadisə “Espanyol”un sabiq oyunçusu Raul Tamudonun başına gəlmişdi. O, “Betis”lə oyunda (2:0) iki dəfə istəyinə çata bilməmişdi.

Qeyd edək ki, dünən “Osasuna”nın qapıçısı Serxio Errera 7 dəqiqə ərzində fransalı hücumçunun iki penalti zərbəsini dəf edib.

Bənzər xəbərlər