17 ilin ən uğursuz göstəricisi
“Yuventus” son 17 ildə ən pis nəticələri göstərir.
Msport.az xəbər verir ki, İqor Tudorun yetirmələri Çempionlar Liqasının III turunda “Real”a 0:1 hesabı ilə məğlub olub.
Bununla onların qələbəsizlik seriyası 5 heç-heçə və 2 məğlubiyyətə qədər artıb. Sonuncu dəfə “Yuventus” 2009-cu ilin yazında 7 oyunda qalib gələ bilməyib. Həmin mövsüm baş məşqçi Klaudio Ranyerinin qovulması ilə başa çatıb.
Oktyabrın 26-da İtaliya çempionatının VIII turu çərçivəsində “Yuventus” səfərdə “Latsio” ilə qarşılaşacaq.