17 nəfər ömürlük futboldan uzaqlaşdırıldı – Çində
Çin Futbol Assosiasiyası rüşvətxorluq və oyun danışıqlarında günahlandırılan 17 nəfəri ömürlük futboldan kənarlaşdırıb.
Msport.az xəbər verir ki, sözügedən əməllərə görə daha 48 nəfər 5 il müddətinə diskvalifikasiya olunub.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Çin Futbol Assosiasiyası qumar və danışılmış oyunlara görə 43 nəfərin futbolla əlaqəli fəaliyyətlərdən ömürlük uzaqlaşdırıldığını açıqlamışdı.







