featured-image-80984

Almaniyanın “Borussiya” (Dortmund) klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Bundesliqa nəhəngi “Genk”dən Konstantinos Karetsası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Borussiya” yunanıstanlı futbolçu üçün Belçika klubuna 32 milyon avro təzminat ödəyib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Konstantinos Karetsas “Genk”in yetirməsidir. Gənc oyunçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər