1966-cı ildən sonra ilk het-trik
Kanada yığmasının hücumçusu Conatan Devid DÇ-2026-nın qrup mərhələsinin Qətərlə matçında (6:0) het-trik edərək dünya çempionatları tarixinə düşüb.
Msport.az xəbər verir ki, futbolçu 1966-cı ildən bəri mundialda ev sahibi ölkə millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.
Bu, dünya çempionatları tarixində 6-cı belə haldır. C.Devid həmçinin 1930-cu ildə het-trik etmiş amerikalı Bert Patenodan sonra dünya çempionatı matçında bunu bacaran ilk KONKAKAF futbolçusu olub.







