featured-image-39896

“Rumıniya millisi AVRO-2024-ə vəsiqə qazandığı üçün sevincimdən göyün 9-cu qatındayam”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin rumıniyalı baş məşqçisi Adrian Mutu ölkəsinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.

Mütəxəssis yığmanın ümidləri doğrultduğunu bildirib: “Mən xoşbəxtəm, çünki biz vəsiqə qazanmağa layiq idik. Hər tərəfdən çoxsaylı “hücumlar”a baxmayaraq, biz bunu bacardıq. Bu, çox yaxşı nəsildir, onların da sevincini gördüm. Bu uşaqlar birlikdə necə oynamalı olduqlarını bilirlər. Əlbəttə, baş məşqçinin də böyük xidmətləri var. Uşaqların hamısı yaxşı oynadı, tənqidə yer qoymadı”.

Bənzər xəbərlər