featured-image-40540

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun üzvü Kriştianu Ronaldu 2023-cü ildə ən çox gəlir əldə edən futbolçu olub.

Msport.az xəbər verir ki, bu barədə “Forbes” araşdırma aparıb.

38 yaşlı hücumçu cari ildə 260 milyon avro qazanıb.

Argentina yığmasının və ABŞ-nin “İnter Mayami” komandasının üzvü Lionel Messi (135 milyon avro) ikinci, Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun forvardı Neymar (112 milyon avro) üçüncüdür.

Bənzər xəbərlər