featured-image-2937

Növbəti mövsüm İtaliya A seriyasında çıxış edəcək 2 klub m’lum olub.

Msport.az xəbər verir ki, “Leççe” və “Kremonese” yeni mövsümdən yüksək liqada oynayacaqlar. B Seriyasında mövsümünün nəticələrinə görə, “ Leççe ” 71 xalla birinci, “Kremoneze” 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar yüksək diviziona birbaşa vəsiqə qazanıblar.

A seriyasında çıxış edəcək daha bir komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Leççe” sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə, “Kremonese” isə 1995/96 mövsümündə çıxış edib.

Bənzər xəbərlər