featured-image-3159

“Roma”nın futbolçusu Leonardo Spinazzola 311 gündən sonra meydana çıxıb.

Msport.az xəbər verir ki, müdafiəçi İtaliya A seriyasında “Fiorentina” ilə səfər matçında (0:2) 90-cı dəqiqədə oyuna girib və 4 dəqiqə meydanda olub.

29 yaşlı futbolçu İtaliya millisinin heyətində Avro-2020-də Belçika ilə yarımfinal görüşündə daban vətərindən ağır zədə almışdı.

 

Bənzər xəbərlər