38 yaşlı qapıçı ilə yeni müqavilə
“Betis”in və Çili millisinin qapıçısı Klaudio Bravo klubu ilə müqaviləsini yeniləyib.
Msport.az xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb. 38 yaşlı qolkiperin yeni anlaşması 2023-cü ilədək nəzərdə tutulub.
Bravo “Betis”ə 2020-ci ildə “Mançester Siti”dən keçib. Bu mövsüm İspaniya La Liqasında 13 oyunda meydana çıxan əlcək sahibi 3 görüşdə qapısının toxunulmazlığını qoruyub saxlayıb. O, 2004-cü ildən Çili millisinə dəvət alır.
Bravo əvəllər “Real Sosyedad”, “Barselona” kimi klublarda çıxış edib.