featured-image-82223

Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç Luka Modriçin Payızda Millətlər Liqasının oyunlarına çağıracağını bildirib.

Msport.az xəbər verir ki, “Qızıl top”u qazanmış futbolçunun sentyabrın 9-da 41 yaşı tamam olur.

“Əlbəttə ki, mən Luka Modriçin millidə oynamağa davam etməsi ilə bağlı qərarına çox şadam. Hamı başa düşür ki, o, meydanda və meydandan kənarda Xorvatiya komandasına nə qədər fayda verir. 14 ildən sonra yenidən onunla işləməyi səbirsizliklə gözləyirəm” – Biliç belə deyib.

Luka Modriç Çexiya, İspaniya və İngiltərə ilə oyunlarda milli komandaya dəvət olunacaq. Qeyd edək ki, Modriç yığmada 202 oyun keçirib.

Bənzər xəbərlər