featured-image-50284

Hündürlüyə tullanma üzrə dünya çempionu Jak Freytaq öldürülüb.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, cənubi afrikalı atlet anasının yaşadığı evə getdikdən sonra itkin düşüb.

Axtarışlardan sonra 42 yaşlı idmançının meyiti qəbiristanlığın yaxınlığında tapılıb. Onun güllələndiyi məlum olub. J.Freytaq işsiz qaldıqdan sonra narkotik asılılığı ilə mübarizə aparırdı.

Qeyd edək ki, idmançı 2003-cü ildə hündürlüyə tullanma üzrə dünya çempionu olub.

Bənzər xəbərlər