featured-image-77787

“Arsenal” 55 il əvvəlki rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, “topçular” buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atletiko”nu məğlub etməklə (1:0) nail olub.

Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. “Arsenal” 1970/1971 mövsümündə də 41 qələbəyə çatıb. “Topçular” həmin vaxt FA Kubokunu qazanmışdı.

Qeyd edək ki, ilk qarşılaşmada “Atletiko” ilə heç-heçə (1:1) edən kollektiv qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 76 xalla liderdir.

Bənzər xəbərlər