70 illik rekord qırıldı
“Selta”nın kapitanı Yaqo Aspas klubun tarixinə düşüb.
Msport.az xəbər verir ki, təcrübəli hücumçu komandanın heyətində İspaniya çempionatında meydana çıxan ən yaşlı futbolçu olub.
Aspas 38 yaş 284 günlüyündə buna nail olub. O, Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu qırıb. “Selta”nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısında növbəti yerləri Visente Quaita, Qonsalo Marsa və Yayo Sans tutur.
Qeyd edək ki, “Selta”nın yetirməsi olan futbolçu 2008-ci ildən əsas komandada oynayır. Aspas “Selta” forması ilə İspaniya çempionatında 401 oyun keçirib. İspan futbolçu 2013-2015-ci illərdə “Liverpul”da da oynayıb.







