featured-image-70669

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku bildirib ki, komandası birbaşa DÇ-2026-ya vəsiqə qazana bilməsə, istefa verəcək.

Msport.az xəbər verir ki, 80 yaşlı mütəxəssis Avstriya üzərində Buxarestdə qazanılan qələbədən (1:0) sonra bu fikirləri səsləndirib:

“Qələbə növbəti qələbəyə aparırsa, əhəmiyyətlidir. Belə olmursa, mənasını itirir. Mən artıq söz vermişəm: birbaşa dünya çempionatına getməsək, pley-off-da yerimi başqasına verəcəm. Hələlik isə mənim vəzifəm pley-off-da yaxşı oynamağı bacaran komandanı formalaşdırmaqdır”.

Avstriya üzərindən qələbədən sonra Rumıəniyanın birbaşa mundiala vəsiqə qazanmaq şansları nəzəri olaraq qalsa da, bu, çox azdır.

Qeyd edək ki, Avstriya 15 xalla qrupun lideridir, Bosniya və Herseqovina 13 xalla 2-ci, Rumıniya isə 10 xalla 3-cü yerdədir.

 

Bənzər xəbərlər