Abubakar Türkiyə klubuna keçir
Türkiyənin “Bodrum” futbol klubu son olaraq “Neftçi”də çıxış edən Vensan Abubakar ilə razılığa gəlib.
Msport.az xəbər verir ki, Türkiyə Birinci Liqasında mübarizə aparan klubun rəhbərliyi 34 yaşlı hücumçunu Bodruma dəvət edib.
Futbolçunun yaxın günlərdə şəhərə gələcəyi və son danışıqlardan sonra rəsmi müqavilə imzalayacağı gözlənilir. Hazırda azad agent statusunda olan Abubakar Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un da formasını geyinib.
Kamerunlu futbolçu ötən mövsüm “Neftçi”də çıxış edib.







