featured-image-40017

“Neftçi”nin rumıniyalı baş məşqçisi Adrian Mutu karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Msport.az yerli “prosport.ro” nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin ÇFR-də işləmək ehtimalı var.

Hazırda çempionatda 31 xalla ikinci pillədə qərarlaşan komanda italiyalı Andrea Mandorlinini istefaya göndərməyi düşünür. Buna səbəb 5 oyunda cəmi 1 qələbənin əldə olunmasıdır.

Qeyd edək ki, Adrian Mutu yayda “Rapid”dən “Neftçi”yə keçib.

Bənzər xəbərlər