featured-image-77950

78 yaşlı məşqçi Dik Advokat dünya çempionatı – 2026-da Çuraçao millisində çalışacaq.

Msport.az xəbər verir ki, fevralda Advokat qızının səhhətində yaranan problemlərə görə yığmadan ayrılmışdı.

Advokat yenidən öz postuna qayıdacaq. Qızının vəziyyəti yaxşılaşdığı üçün futbolçular və sponsorlar təcrübəli mütəxəssisdən geri dönməsini xahiş ediblər. Yığmanın sponsorları Advokat qarşısındakı bütün maliyyə öhdəliklərini öz üzərinə götürəcək.

Fred Rutten isə Advokatdan sonra Çuraçao yığmasına rəhbərlik etsə də, onun geri dönüşünə mane olmayacaq. Gözlənilir ki, Advokatın qayıdışı ilə bağlı rəsmi açıqlama çərşənbə axşamı veriləcək.

Daha əvvəl “Zenit” və Russiya millisi ilə çalışan Advokat 2024-cü ilin yanvarından Çuraçao millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2026 Dünya Çempionatına vəsiqə qazanıb. Yığma turnirin qrup mərhələsində Almaniya, Ekvador və Kot-Divuar ilə qarşılaşacaq.

Bənzər xəbərlər