featured-image-39268

II Liqada çıxış edən “Göygöl” komandası 0:3 hesablı texniki məğlubiyyət alıb.

Msport.az xəbər verir ki, buna “Sheki City” ilə IX turun oyununda şəxsiyyəti müəyyən olunmamış insanların meydana çıxaraq hakimlərə fiziki təzyiq göstərməsi səbəb olub.

Ədalət təmsilçisi görüşü yarımçıq dayandırıb. Bundan əlavə, klub 500 manat məbləğində cərimələnib və növbəti ev matçını azarkeşsiz keçirəcək.

Qarşılaşmanın 82-ci dəqiqəsində köməkçi hakimə fiziki təzyiq göstərən, ardınca təhqir etdikdən sonra meydana çıxaraq baş hakimə fiziki təzyiq göstərən və onu təhqir edən “Göygöl”ün baş məşqçisi Araz Mansurov 10 oyun diskvalifikasiya edilib. Bu həmçinin klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

Bundan başqa, “Göygöl”dən Ülvi Cəlilov, Vüqar Əşrəfli və Nicat Əmirxanov qırmızı vərəqə aldıqları üçün 1 oyun, “Sheki City”dən isə Xaliq Şabanov 2 matç cəzalandırılıb.

Qarşılaşmada “Göygöl” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyindən, kluba xəbərdarlıq edilib.

Bənzər xəbərlər