featured-image-39408

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib.

Msport.az xəbər verir ki, “Sabah”ın futbolçusu Emmanuel Apeh XII turda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəza alıb. 27 yaşlı hücumçu klubunu 500 manat ziyana salıb.

“Turan Tovuz” isə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Həmin qarşılaşmada bölgə təmsilçisinin fanatları baş hakimin ünvanına təhqiramiz ifadələr səsləndiriblər, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün 500 manat cərimə kəsilib.

Komitə “Neftçi” və “Qəbələ”ni isə 700 manat cərimələyib. Komandalara arasında keçirilmiş oyunda hər iki tərəfin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırılmışdı. Bu matçda “ağ-qaralar” 2:0 hesablı qələbəyə seviniblər.

Bənzər xəbərlər