AFFA-nın İşçi Qrupunun tərkibi müəyyənləşdi
AFFA İcraiyyə Komitəsinin sonuncu fövqəladə iclasında Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.
Msport.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə İşçi Qrupunun tərkibi müəyyənləşib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.
Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.