featured-image-62119

Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers AFFA prezidenti Rövşən Nəcəflə görüşüb.

Msport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker də görüşdə iştirak ediblər.

Onlar Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.

Bənzər xəbərlər