Türkiyədə azərbaycanlı futbolçularla bağlı qərar
Türkiyədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin futbolçuları ilə bağlı mühüm qərar gündəmə gəlib.
Msport.az xəbər verir ki, AK Partiyasının Sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Sədri Kürşad Zorlu bəyan edib ki, Türk dövlətlərindən olan futbolçular bundan sonra Türkiyə liqalarında əcnəbi deyil, yerli statusda çıxış edəcəklər.
Bu qərar rəsmiləşəcəyi təqdirdə, Türkiyənin “Bursaspor” klubunda çıxış edən Azərbaycan milli komandasının üzvü Toral Bayramov da yerli futbolçu kimi qeydiyyatdan keçəcək.
Hazırda klub Türkiyə Futbol Federasiyasından (TFF) rəsmi açıqlamanı gözləyir. Bu addım “Bursaspor”un əcnəbi limitində yer boşaltmaqla yanaşı, Toralın komandadakı mövqeyini daha da möhkəmləndirəcək.







