“Sabah”ın rəqiblərinin eyni hədəfi
“Monza”nın hücumçusu Qustavo Varela karyerasını daha iddialı klubda davam etdirə bilər.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçu “Arsenal” və “Napoli”nin maraq dairəsindədir.
Neapol təmsilçisi mümkün transferlə bağlı yaxın vaxtlarda fəaliyyətini sürətləndirməyi planlaşdırır. “Benfika” da hücumçunun çıxışını izləyir. Varela cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına əsasən, onun bazar dəyəri 5 milyon avrodur.
Portuqaliyalı futbolçunun transferində maraqlı olan “Arsenal” və “Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqibləridir.







