AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.
Msport.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.







