I Liqa: 4-cü tura start verilir
Bu gün futbol üzrə Azərbaycan I Liqasında 4-cü tura start verilir.
Msport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
Çempionatın liderlərindən olan “Şahdağ Qusar” Binə qəsəbə stadionunda “Zaqatala”nı qəbul edəcək. Ümumiyyətlə, turun 5 oyunundan 3-ü Binə qəsəbə stadionunda keçiriləcək.
4-cü tur
7 oktyabr
15.30. “Şahdağ Qusar” – “Zaqatala”.
Binə qəsəbə stadionu.
8 oktyabr
15.30. “Səbail” – “Karvan Yevlax”
Binə qəsəbə stadionu
9 oktyabr
15.30. MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu
15.30. “Şimaıl” – “Xankəndi”
Şamaxı OİK stadionu
10 oktyabr
15.30. “Gəncəbasar” – “Baku Sportinq”
Yevlax şəhər stadionu







