AFFA prezidentindən “Sabah”a təbrik
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”ı Azərbaycan Kubokunun qalibi olması münasibətilə təbrik edib.
Msport.az xəbər verir ki, bu barədə o, “Linkedin”də yazıb.
Rövşən Nəcəf “Sabah” və “Qarabağ” arasında keçirilən final matçının maraqlı olduğunu vurğulayıb: “Futbol üzrə Azərbaycan Kubokunun finalında “Sabah” və “Qarabağ” klubları arasında maraqlı və əzmkar oyun izlədik. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanaraq Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasını ürəkdən təbrik edirəm”.