AFFA rəhbərliyi FIFA-nın Konqresində
Bu gün Paraqvayın paytaxtı Asunsyonda FIFA-nın 75-ci Konqresi keçiriləcək.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.
Milli assosiasiyanın rəhbərliyi də tədbirdə iştirak edəcək. Belə ki, AFFA-nı Konqresdə icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov təmsil edəcəklər.
75-ci Konqresdə müzakirələr aparılacaq və bir sıra qərarlar veriləcək.