AFFA rəhbərliyi U-21-in düşərgəsini ziyarət etdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, AFFA rəhbərliyi də düşərgəni ziyarət edib.
Belə ki, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev görüş zamanı yeni baş məşqçi Ayxan Abbasova uğurlar arzulayıblar. Çalışdırıcı isə göstərilən etimada görə təşəkkürünü bildirib və U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.
Qeyd edək ki, U-21 millimiz sabahdan martın 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Komandamız martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.