“Dnepr”in futbolçusu Azərbaycan millisinə çağırıldı
Belarusun “Dnepr” klubunun futbolçusu Müzəffər Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb.
Msport.az xəbər verir ki, bu barədə Moqilyov klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı sol vinger U-21 millimizin noyabrdakı təlim-məşq toplanışına dəvət edilib. Yığmamızın hazırlığı 9-17 noyabr tarixlərində Bakıda baş tutacaq. Komandamız noyabrın 14-də və 17-də Omanın U-23 komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, “Dnepr”in yetirməsi olan Müzəffər Qurbanov əsas komandanın heyətində müxtəlif turnirlərdə 38 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.







