Afrika Millətlər Kubokunda dəyişikliklər edildi
Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kuboku ilə bağlı mühüm dəyişikliklər edib.
Msport.az xəbər verir ki, qurumun prezidenti Patrik Motsepe 2027-ci ildən etibarən turnirdə iştirak edəcək komandaların sayının 24-dən 28-ə çatdırıldığını açıqlayıb.
2027-ci il Afrika Kuboku iyunun 19-dan iyulun 17-dək Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Yeni formata əsasən, 7 qrup yaradılacaq. Hər qrupdan ilk iki yeri tutan komandalar və üçüncü yerlər arasında ən yaxşı iki yığma pley-off mərhələsinə yüksələcək.
Motsepe qadınlar arasında Afrika Kubokunun mükafat fondunun da artırıldığını bildirib. Ümumi mükafat fondu 3,475 milyon dollardan 5,8 milyon dollara yüksəldilib. Çempion komanda isə əvvəlki 1 milyon əvəzinə 2 milyon dollar qazanacaq.







