featured-image-70699

“Ağdaş”ın futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Qaradağ Lökbatan”la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Görüşün 45-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edən Ruslan Hüseynov 4 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. 76-cı dəqiqədə isə Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq sanksiya ilə üzləşib. “Ağdaş” ona görə də əlavə 1000 manat cərimə ödəyəcək.

Bənzər xəbərlər