featured-image-78156

“Ayntraxt” baş məşqçisi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.

Albert Riera və köməkçiləri Almaniya komandasını tərk ediblər.

İspaniyalı mütəxəssis 2026-cı ilin yanvarında “Ayntraxt”ın “sükanı” arxasına keçmişdi.

“Aytraxt” 32 oyundan sonra 43 xalla turnir cədvəlində 8-ci yeri tutur. Komanda avrokuboklara vəsiqə verən zonadan 15 xal geri qalır.

Qeyd edək ki, “Qalatasaray”ın sabiq futbolçusu olan Riera Sloveniyanın “Çelye” klubunu Konfrans Liqasının pley-offuna çıxarmışdı.

 

 

 

Bənzər xəbərlər