Aleksander-Arnoldun çağırılmaması dəlilikdir”
Trent Aleksander-Arnoldun İngiltərə millisinə dəvət almaması bir mənalı qarşılanmayıb.
Msport.az xəbər verir ki, Tomas Tuhel dünya çempionatına gedəcək heyətə “Real”ın futbolçusunu daxil etməyib.
Məsələyə “Börnli”nin müdafiəçisi Kayl Uoker də münasibət bildirib:
“Real”ın müdadfiəçisi milliyə düşməyib. Trentin çağırılmaması dəlilikdir”. O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir. Ötürmə, topun aparılması, vacib oyunlardakı təcrübəsi çox önəmlidir”.
“Real”ın futbolçusu bu mövsüm 30 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə verib.







