Aleksander Çeferin: "UEFA yalnız 12 klub üçün bir turnir təşkil etməyəcək"
UEFA prezedenti Aleksander Çeferin yenidən Avropa Super Liqasının əlehinə olduğunu dilə gətirib. Msport.az xəbər verir ki, o, Avropa Futbol Klubları Birliyinin (ECA) toplantısında danışıb.
“UEFA yalnız 12 klub üçün əsla bir turnir təşkil etməyəcək. Avropa dünya futbolunda standartları müəyyənləşdirir. Bu səbəbdən də kənardan müdaxilələr görürük. Dəyişiklik futbol hekayəsinin bir parçası. Bunu çox yaxşı bilirik. Ancaq hər kəsi gücləndirən islahatlar vacibdir”.