featured-image-78278

Braziliya millisinin və “Liverpul”un qapıçısı Alisson Bekker Turin komandası bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, “Yuventus”a keçməyə hazırdır.

Msport.az xəbər verir ki, “Yuventus”un A Seriyası turnir cədvəlindəki vəziyyətinə baxmayaraq, braziliyalı qapıçının komandası Turin klubunda oynamaq istəyini təsdiqləyib.

İtaliya çempionatının bitməsinə bir oyun qalmış Luçano Spallettinin komandası 68 xalla turnir cədvəlində altıncı yerdədir. “Komo” 68 xalla beşinci yerdədir. “Roma” və “Milan” isə hər biri 70 xalla dördüncü və üçüncü yerdədirlər.

Bu mövsüm Alisson Bekker klubun heyətində bütün yarışlarda 34 oyun keçirib, 36 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər