Alleqri Dibalanın “Yuve”dən getməsindən danışdı
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Paulo Dibalanın komandadan getməsinə münasibət bildirib. Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubunun çalışdırıcısı argentinalı futbolçu ilə münasibətlərinin yaxşı olduğunu deyib:
“Dibala ilə “Yuventus”un hekayəsi başa çatır. Çünki bütün romanlar sonsuz deyil. Həyat belədir. Bizim münasibətlərimiz yaxşıdır. Dibala artıq seçimini edib. Paulo çox işləyir, o, zədədən sonra hələ pik formasına çatmayıb. Ancaq buna baxmayaraq, qarşıdakı 40 gündə o, komandaya çox şey verə bilər. Dibala müqaviləsi başa çatmaqda olan digər futbolçular kimi peşəkarlıq nümayiş etdirir”.
Xatırladaq ki, yayda müqaviləsi başa çatacaq Dibalanın komandadan ayrılması artıq dəqiqləşib. Argentina millisinin üzvü bu mövsüm A seriyasında 23 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib.