featured-image-1716

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubdakı gələcək taleyi ilə bağlı açıqlama verib.

Msport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis İtaliya kubokunda “Fiorentina”nı keçib (2:0, 3:0) finala yüksəldikdən sonra bu haqda danışıb:

“Yuventus”un baş məşqçisi postunda qalacammı? Növbəti üç mövsümdə də! Biz qalib gəlmək üçün həmişə iddialı olmalıyıq. Məni ən çox məyus edən çemponatda “İnter”ə uduzmağımız idi. Məhz bu, A seriyasında bizim üçün həlledici oldu.

Təbii ki, qalib gəlməyəndə məyus oluruq. Mənə ən çox təsir edən odur ki, mövsümün başa çatmasına 5 tur qalmış “Yuventus” çempionluq uğrunda mübarizə aparmır. Ancaq bu növbəti çempionat üçün motivasiya ola bilər. Biz bu təcrübədən nəticə çıxarıb başa düşə bilərik ki, futbolda heç də həmişə qalib gəlmək mümkün deyil”.

Bənzər xəbərlər