featured-image-3324

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun finalında onu niyə meydandan qovquqlarına aydınlıq gətirib.

Msport.az Football İtalia”ya istinadən xəbər verir ki, təcrübəli məşqçi “İnter” tərəfdən kiminsə onun üzünə tüpürdüyünü deyib:

“İnter”dən kimsə yanımdan keçəndə mənə tüpürdü. Mən buna görə hirsləndim. Hesab edirəm ki, hakim haqlı olaraq məni meydandan uzaqlaşdırdı”.

“Yuve”nin baş məşqçisi  83-cü dəqiqədə hakimlə mübahisəyə görə ilk sarı vərəqəni alıb. 104-cü dəqiqədə isə Alleqri texniki zonanı tərk edərək “İnter”in məşqçilər korpusu ilə mübahisəyə başlayıb. Baş hakim bu səbəbdən ona qırmızı vərəqə göstərib.

Qeyd edək ki, “İnter” əlavə vaxtda 4:2 hesabı ilə qələbə qazanaraq İtaliya kubokunun sahibi olub.

Bənzər xəbərlər